İDMAN

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun qalibi kimdir?

Turnirin nəticələrinə görə Səlimova və Muzıçuk namizədlər turnirində iştiraka vəsiqə qazanıblar, Qoryaçkina isə daha əvvəl bunu təmin edib.
Sputnik
BAKI, 21 avqust — Sputnik. Rusiyalı Aleksandra Qoryaçkina bolqarıstanlı Nurgül Səlimovanı tay-brekdə məğlub edərək Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun qalibi olub.
Finalda rəqiblər klassik şahmatın hər iki oyununu heç-heçə edib. Avqustun 21-də baş tutan tay-brekdə 24 yaşlı rusiyalı daha güclü olub. Qarşıdurmanın ümumi hesabı 2,5:1,5 Qoryaçkinanın xeyrinə olub.
Turnirin bürünc medalını bir gün əvvəl çinli Tan Çjonqini iki oyunda ümumi 1,5:0,5 hesabı ilə məğlub edən ukraynalı Anna Muzıçuk qazanıb.
Turnirin nəticələrinə görə Səlimova və Muzıçuk namizədlər turnirində iştiraka vəsiqə qazanıblar, Qoryaçkina isə daha əvvəl bunu təmin edib.
İyulun 29-da Bakıda dünya çempionatı start götürüb. Rusiyalılar və belaruslar neytral idmançı kimi mübarizə aparıblar.