İDMAN

Azərbaycan – Belçika matçının biletləri satışa çıxarılıb

Sentyabrın 9-da "Dalğa Arena"da keçiriləcək Azərbaycan – Belçika matçı saat 17:00-da start götürəcək.
Sputnik
BAKI, 21 avqust — Sputnik. AVRO-2024-ün seçmə məhələsində keçiriləcək Azərbaycan – Belçika oyununun biletləri satışa çıxarılıb.
AFFA-nın məlumatına görə, qiymətlər müvafiq olaraq 5, 10 və 50 manat təşkil edir.
Azarkeşlər biletləri ASAN 2 (8 noyabr prospekti 23, AMAY TM, 2-ci mərtəbə), ASAN 3 (Abbas Mirzə Şərifzadə 157), ASAN 4 (Bakıxanov qəs., Sülh küç. 197), ASAN Sumqayıt (Sumqayıt şəhəri, Bakı küçəsi, 15-ci məhəllə 42d), 28 Mall (28 May küçəsi, 2-ci mərtəbə), Gənclik Mall (Fətəli Xan Xoyski 38, 3-cü mərtəbə), Köşk 1 (Sahil m. M.Rəsulzadə 3), Köşk 2 (Bülbül prospekti, Nizami küç.) və Heydər Əliyev Sarayının kassasından (Bülbül pr.35) əldə edə bilərlər.
Qeyd edək ki, sentyabrın 9-da "Dalğa Arena"da keçiriləcək Azərbaycan – Belçika matçı saat 17:00-da start götürəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.