İDMAN

Azərbaycan güləş millisi dünya çempionatını 2 medalla başa vurub

Qeyd edək ki, ötən gün Fərid Sadıxlı (55 kq) dünya ikincisi olub.
Sputnik
BAKI, 20 avqust - Sputnik. 20 yaşadək yunan-Roma güləşçiləri arasında İordaniyanın paytaxtı Ammanda keçirilən dünya çempionatını Azərbaycan millisi 1 gümüş, 1 bürünc medalla başa vurub.
“Report”un məlumatına görə, yarışın son günündə İlkin Qurbanov 60 kq çəki dərəcəsində 3-cü yeri tutub.
Təsəlliverici görüşdə ispaniyalı Qorka Qarixoya tam üstünlüklə (11:2) qalib gələn güləşçimiz, həmçinin, gürcüstanlı Anri Xozrevanidze (4:2) və qırğızıstanlı Emirlan Duişenaliyevi (3:1) üstələyərək, mundialın bürünc medalını qazanıb.
Qeyd edək ki, ötən gün Fərid Sadıxlı (55 kq) dünya ikincisi olub.