BAKI, 19 avqust - Sputnik. Ağdamın “Qarabağ” klubunun anlaşdığı rusiyalı qapıçı Andrey Lunyov Bakıya gəlib. Bu barədə Azərtac-a Ağdam komandasının təmsilçisi məlumat verib.
Bildirilib ki, 32 yaşlı qolkiper tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.
Sözləşmənin müddətinin 1 illik olacağı gözlənilir.
Qeyd edək ki, Andrey Lunyov son olaraq Almaniyanın “Bayer” (Leverkuzen) komandasının formasını geyinib. O, daha əvvəl ölkəsində “Torpedo” (Moskva), “İstra”, “Kaluqa”, “Saturn”, “Ufa” və “Zenit” klublarının şərəfini qoruyub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.