TƏHSİL

ADPU nəzdində Pedaqoji Kollecin qəbul planı 99,5 faiz dolub

Cari tədris ili üçün ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə ümumi orta təhsil bazasından 630 nəfər qəbul yeri nəzərdə tutulub.
Sputnik
BAKI, 18 avqust - Sputnik. Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasından qəbul prosesinin I mərhələsi başa çatıb. Cari tədris ili üçün Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə (ADPK) ümumi orta təhsil bazasından 630 nəfər qəbul yeri nəzərdə tutulub.
ADPU-dan Azərtac-a bildirilib ki, qəbulun I turunun nəticələrinə əsasən, 627 nəfər ADPK-nı seçib, cəmi 3 yer boş qalıb. Bu da qəbul planının 99.53 faizini təşkil edir.
Qeyd edək ki, qəbul olunanlardan 345 nəfəri ödənişli, 280 nəfəri (44,7 faiz) dövlət hesabına təhsil alacaq. Ən yüksək qəbul balı 300-dən 234,1-dir.
TƏHSİL
IV qrupa nə qədər abituriyent müraciət edib? Sədr açıqladı