“Mənim, azərbaycanlıların dediyi kimi, indi tüklərim biz-biz olub, çünki hər il daha çox insan Müslümün xatirəsini yad etməyə gəlir. Şadam ki, burada gənc nəslin nümayəndələri çoxdur. Müslüm örnək götürüləcək bir etalondur. Təəssüf ki, mən artıq Bakıya tez-tez gələ bilmirəm: səhhətim imkan vermir. Amma hər il avqustun 17-də Müslümün Vətənində olmalıyam. Mən onun olduğu yerdə olmalıyam. Baxmayaraq ki, onu həmişə yanımda hiss edirəm və bu hissin məni tərk etməsini istəmirəm", - deyə Sinyavskaya etiraf edib.
“O, qardaşımızın dostu idi, ona görə də tez-tez bizə gəlirdi. Hətta bir çox mahnılarını bizimlə ilk dəfə ifa edib ifa edib. Onun ifasından zövq alırdıq. Həmişə uğurlarımıza sevinir, xarici müsabiqələrdə birinci yerləri qazananda bizə təbrik teleqramları göndərirdi. Həmkarlarıma heç vaxt paxıllıq etməmişəm, hamı ilə mehriban münasibət saxlamağa çalışmışam", - deyə Xuraman Qasımova xatırlayır.