SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ədliyyə Nazirliyi on üç partiyanı ləğv edib

Ədliyyə Nazirliyinin məlumatına görə, Vahid Azərbaycan Milli Birlik Partiyası ləğv olunması ilə bağlı qərar qəbul edib və buna dair aidiyyəti sənədləri Ədliyyə Nazirliyinə təqdim edib.
Sputnik
BAKI, 17 avqust — Sputnik. Azərbaycanda daha iki siyasi partiya - Vahid Azərbaycan Milli Birlik və Qorqud partiyaları ləğv olunub.
Bu barədə ötən gün Ədliyyə Nazirliyi tərəfindən qərar qəbul edilib.
Nazirliyin məlumatına görə, Vahid Azərbaycan Milli Birlik Partiyası ləğv olunması ilə bağlı qərar qəbul edib və buna dair aidiyyəti sənədləri Ədliyyə Nazirliyinə təqdim edib. Partiyanın ləğvi barədə qeyd 15.08.2023-cü il tarixdə qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil olunub.
Qeyd olunub ki, "Qorqud" Partiyası da ləğv olunması ilə bağlı qərar qəbul edib və buna dair aidiyyəti sənədlər Ədliyyə Nazirliyinə təqdim olunub.
Bundan başqa, avqust ayı ərzində Ədliyyə Nazirliyi daha 11 partiyanın ləğvi barədə qərarlar verib.
Bunlar Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Milli Demokrat Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, "Yeni Yol" partiyası, Müstəqil Xalq Partiyası, Milli Vəhdət Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Azərbaycan Milli Demokrat Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Birlik Partiyası, Azərbaycan Təkamül Partiyasıdır.
Adları çəkilən partiyalar bir müddət əvvəl özlərini buraxmaq barədə qərarlar veriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.