BAKI, 17 avqust — Sputnik. Azərbaycan Voleybol Federasiyasının həkimi, Avropa Voleybol Konfederasiyasının (CEV) Tibb Komissiyasının üzvü Vüsalə Kazımova beynəlxalq yarışa təyinat alıb. Bu barədə Report xəbər yayıb.
O, oğlan və qızlar arasında keçiriləcək çimərlik voleybolu üzrə U-20 Avropa çempionatında iş başında olacaq.
Kazımova 17-20 avqustda Latviyanın paytaxtı Riqada baş tutacaq oyunlara CEV-in tibbi nümayəndəsi olaraq nəzarət edəcək.
Qeyd edək ki, həmyerlimiz bundan öncə qadın voleybolçular arasında Qızıl Avropa Liqasının final mərhələsinin oyunlarına təyinat alıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.