"Azərbaycan həmişə Qarabağda yaşayan ermənilərə əl uzadır, onları öz vətəndaşları kimi görür. Azərbaycan xalqı tolerant və alicənab bir xalqdır. Prezident İlham Əliyev dəfələrlə sülh əlini uzadıb, erməni əhali ilə görüş təklif edilib. Amma təəssüf ki, qarşı tərəf bunlarda maraqlı olmayıb. Qərb, Avropa ittifaqı ölkələri ağıllarını başlarına yığsınlar, erməni diasporunun oyunlarına alət olmasınlar. Əgər Ermənistanın yaxşılığını düşünürlərsə, onu sülh sazişinə dəvət etsinlər", - deyə diplomat vurğulayıb.
"Erməni diasporunun alətinə çevrilmədi və bölgədəki vəziyyəti daha da gərginləşdirmədi. Yalanlarının üstü açılan erməni diasporu isə biabır oldu. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etdi. Bu qətnamələrdə yazılırdı ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Amma nə oldu? 30 il bu qərarlar tətbiq edilmədi. Nəticədə onları 2020-ci ildə Prezident İlham Əliyev həyata keçirdi və 44 günlük Vətən müharibəsi ilə ədaləti bərqərar etdi".