DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Süni İntellektlə saxta peyğəmbər obrazı da yaradıldı

Yaradılan saxta peyğəmbərlər gələcək nəslin reallıqdan uzaqlaşmasına səbəb ola bilər.
Sputnik
BAKI, 15 avqust — Sputnik. Süni İntellektlə saxta peyğəmbər obrazı yaradılıb. Süni intellektlə (Sİ) saxta peyğəmbər applikasiyasını yaradan Stefan Peter "Religion News Service"ə açıqlamasında Sİ-i necə öyrətdiklərini açıqlayıb. O bildirib ki, Sİ işə salınandan sonra ona "Sən İsasan", "Sən Musasan", "Sən peyğəmbərsən" deyərək verilən sualları cavablamaq əmr edilib.
Proqram yaradıcısı bildirib ki, onlar yaxın zamanlarda Sİ-də saxta şeytan obrazını da yaradacaqlar.
Sİ-də yaradılan saxta Hz. Məryəm obrazı ilə insanlara abortun düzgün olmadığı aşılanıb. "Aİ Mary" adlanan Sİ isə abortun düzgün olub-olmaması ilə bağlı ona ünvanlanan suala belə cavab verib:

"Abort günahsız insan həyatının qəsdən sona çatdırılmasını nəzərdə tutur və bu, mənim əziz tutduğum Bibliya prinsiplərinə ziddir. Bunun əksinə, insanlara şəfqət, sevgi göstərməyi, kimsəsiz körpələri övladlığa götürməyi tövsiyə edirəm".

Yaradılan Sİ ilə insanlar saxta Adolf Hitler obrazı ilə dialoq qura biliblər.
Süni intellektin hələ başlanğıc mərhələsində olmasına baxmayaraq, bu cür saxta obrazların yaradılması və ona lazım olan mesajları ötürmək əmrinin verilməsi, dinin hədəfə alınması insanlar tərəfindən xoş qarşılanmayıb.
Mütəxəssislər bildirir ki, Sİ-nin dini hədəfə alması insanların inancına mənfi təsir edəcək, bundan başqa onlar nəyin həqiqətən də peyğəmbərin həyatında baş verib-verməməsini ayırd etməkdə çətinlik çəkəcəklər. Bununla da insanlar peyğəmbərin həyatı haqda səhv informasiyalara sahiblənə bilərlər.
Bir sözlə, yaradılan saxta peyğəmbərlər gələcək nəslin reallıqdan uzaqlaşmasına səbəb ola bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.