RUSİYA

Putin Dağıstanda baş vermiş faciə ilə əlaqədar başsağlığı verib

Bir gün əvvəl Mahaçqalada avtoservis yanıb, yanğın yanacaqdoldurma məntəqəsinə keçib, ardınca partlayış baş verib.
Sputnik
BAKI, 15 avqust — Sputnik. Rusiya prezidenti Vladimir Putin Dağıstanda baş vermiş faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb. Bu barədə Kremlin mətbuat xidmətiməlumat yayıb.
Bir gün əvvəl Mahaçqalada avtoservis yanıb, yanğın yanacaqdoldurma məntəqəsinə keçib, ardınca partlayış baş verib. Son məlumata görə, hadisə nəticəsində 30 nəfər ölüb, 75 nəfər yaralanıb. Avqustun 15-i Dağıstanda matəm günü elan edilib.
"Prezident Putin Dağıstanda baş vermiş faciədə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və həlak olanların tezliklə sağalmasını arzulayır", - prezidentin mətbuat xidməti qeyd edib.
Dövlət Dumasının sədri Vyaçeslav Volodin də başsağlığı verib.

"Ailələrə böyük kədər üz verib. Ölənlər və yaralananlar arasında uşaqlar da var. Bu, dəhşətli faciədir. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram", - Volodin bildirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.