BAKI, 15 avqust — Sputnik. Almaniya kansleri Olaf Şoltsun Ukraynadakı münaqişənin dayandırılması üçün vəziyyətlə bağlı sülh danışıqlarının aparılmasının zəruriliyi barədə söylədiyi sözlər "heç bir məna daşımır".
Bunu rusiyalı senator Aleksey Puşkov öz "Telegram" kanalında qeyd edib.
"Qərb danışıqlar aparmaq niyyətində deyil. Onlar haqqında danışmaq ritual xarakter daşıyır - başqa heç nə deyil", - deyə senator yazıb.
Puşkov hesab edir ki, "keyfiyyətcə yeni vəziyyət" yaranana qədər Qərb istənilən danışıqlara qarşı çıxmaq niyyətindədir və Ukraynadakı vəziyyətlə bağlı diplomatik səylər barədə növbəti sözlər yalandır.
Xatırladaq ki, bu yaxınlarda Almaniya kansleri Olaf Şolts Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqları davam etdirməyə çağırıb. O hesab edir ki, Səudiyyə Ərəbistanında keçirilən görüş yalnız başlanğıc olub. Kansler əminliklə bildirib ki, bu danışıqlar sülhə nail olmaq və Ukraynadakı vəziyyətə son qoymaq üçün başlanğıc ola bilər.