İDMAN

Azərbaycan şahmat millisi növbəti qələbəsini qazanıb

Bildirilir ki, millimiz ötən gün yarışın ilk turunda Paraqvaya 4:0 hesabı ilə qalib gəlib.
Sputnik
BAKI, 15 avqust — Sputnik. Yeniyetmə şahmatçılardan ibarət Azərbaycan millisi Niderlandın Eyndhoven şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbəsini qazanıb.
Yığma bu dəfə Bolqarıstanı 3,5:0,5 hesabı ilə məğlub edib.
Read Səmədov, Xaqan Əhməd, Cahandar Azadəliyev və Nərmin Abdinovadan ibarət komanda Qazaxıstanla isə bərabərə qalıb – 2:2.
Qeyd edək ki, millimiz ötən gün yarışın ilk turunda Paraqvaya 4:0 hesabı ilə qalib gəlib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.