"Azərbaycan kinosunun yaranmasında, inkişafında Rusiya kinematoqrafiyasının böyük rolu var. Mənim təhsil aldığım dövrlərdə orada xeyli azərbaycanlı ozuyurdu. Həmin operatorlar, həmin rejissorlar Azərbaycan kinosu inkişaf etdirdi. Mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs dediyim tələbələrə tövsiyyə edirdim ki, onlar Rusiyanın filmlərinə baxsınlar. Rasim Balayevlə razılaşıram. Yaxşı olar ki, hər il ora tələbələr getsin, təhsil alsınlar".
"Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu nəinki keçmiş SSRİ məkanında, həm də dünyada ən məşhur təhsil ocağıdır. Bundan başqa, heç kimə sirr deyil ki, Azərbaycan kinosunun yaranmasında, inkişafında Rusiya kinematoqrafçılarının böyük rolu olub. Ötən əsrin əvvəllərində Azərbaycanda filmlərin bədii keyfiyyətini yüksəltmək, milli kadrların inkişafına kömək etmək məqsədilə Bakıya Vsevolod Pudovkin, Aleksandr Qalperin, İvan Frolov, Dmitri Feldman, Leonid Kosmatov, Yevgeni Şneyder və başqa kinematoqrafçılar dəvət olunmuşdu. Cəfər Cabbarlı, Abbas Mirzə Şərifzadə və başqaları kino yaradıcılığı işini onlardan öyrənmişdi. Sonralar xeyli sayda operator və rejissorlar Moskvaya üz tutdular. Hansı ki, o insanlar kinomuzu yüksəltdilər. Milli kinomuz həmin məktəbin məzunları sayəsində çiçəkləndi. Mən uzun müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kinoşünaslara dərs dedim. Mən soruşurdum ki, "Kim sevərək bu ixitası seçib?" Heç biri cavab vermirdi. Amma Ayaz Salayev orada sevərək təhsil alıb. Ona görə də bu sahəni dərindən bilir. Rasim Balayevlə mən də razıyam. Bizdə kino sahəsi üzrə təhsil yox səviyyəsindədir. Bu da özünü kinoda göstərir. Mən müasir filmlərimizə baxmıram. Çünki, onu çəkənlər naşıdır. Ona görə də yaxşı olar ki, Mədəniyyət nazirliyili hər il Moskvaya tələbə göndərsin ki, kinomuz dirçəlsin".
"Dünyanı görməlisən, dünya ilə tanış olmalısan. O ki qaldı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun müqayisəsinə, ÜDKİ-də olan texniki baza heç "Azərbaycanfilm" kinostudiyasında da yoxdur. Həm pavilyon, həm də texniki cəhətdən ÜDKİ daha üstündür. Mədəniyyət və İncəsənət Universitetinin texniki bazası olmadığından ya başqa bir yol fikirləşməlidir, ya da tələbələr universiteti bitirdikdən sonra xaricdə təhsil almalıdır. Düzdür, indi orada dərs deyən müəllimlər deyəcək ki, "nə ehtiyac var Moskvada tədrisə?" Amma mən Azərbaycan kinematoqrafçılar İttifaqında tələbələrə master-klass keçəndə anladım ki, bizim tələbələrimizin müasir kinodan, texnikadan, ssenarinin yazılma qaydasından bixəbərdirlər. Mən danışırdım, onlardan səs çıxmırdı. Hətta IV kurs tələbəsi belə, dünya kinosundan xəbərsizdir. Bu baxımdan mən Rasim müəllimin fikri ilə tam razıyam".