BAKI, 14 avqust — Sputnik. Ələ keçirilmiş NATO texnikası "Ordu-2023" beynəlxalq hərbi-texniki forumunda nümayiş etdiriləcək.
"RİA Novosti" bu barədə məlumatlı mənbəyə istinadən xəbər verib.
Agentliyin həmsöhbətinin sözlərinə görə, forum çərçivəsində Ukrayna ərazisində xüsusi hərbi əməliyyat zamanı Rusiya hərbçiləri tərəfindən ələ keçirilmiş qənimət texnikanın nümayişi planlaşdırılıb.
Mənbənin məlumatına görə, ekspozisiyada Qərbin zirehli texnikasının, o cümlədən piyadaların döyüş maşınlarının bir neçə nümunəsi nümayiş etdiriləcək.
Qeyd edək ki, "Ordu-2023" hərbi-texniki forumu avqustun 14-dən 20-dək Moskva ətrafındakı şəhər olan Kubinkada keçiriləcək.
Bundan əvvəl o da bildirilib ki, Rusiya hərbçiləri Britaniyanın "Mastiff PPV" zirehli avtomobilini Rusiya müdafiə sənayesi kompleksinin mütəxəssislərinə onu hərtərəfli öyrənmək üçün göndəriblər.