BAKI, 14 avqust — Sputnik. Azərbaycanda donuzların sayı kəskin azalıb.
Sputnik Azərbaycan-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2023-cü ilin yanvar-iyun aylarında ölkədə 5 min 114 baş donuz olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20% azalma deməkdir.
Azərbaycanda ən çox donuz Qax rayonunda saxlanılıb. Belə ki, bu ilin 6 ayında rayonda 1615 baş donuz olub. Lakin ötən ilin eyni dövrü ilə müqayisədə bu il rayonda donuzların sayı 10% azalıb.
Bakıda bu ilin ilk yarısında 1112 baş donuz qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,4% azdır.
Bu il Naxçıvan Muxtar Respublikasında 830 baş donuz olub və bu da ötən ilin eyni dövrü ilə müqayisədə 50% azdır.
Qəbələ rayonunda 768 baş, İsmayıllı rayonunda 204 baş, Kürdəmir rayonunda 152 baş, Oğuz rayonunda 121 baş, Kəlbəcərdə 100 baş donuz olub. Digər yerlərdə isə nisbətən aşağı göstəricilər qeydə alınıb.