İDMAN

Ronaldo dubla imza ataraq “Əl-Nəsr” komandasını çempion edib

Final görüşü "Əl-Nəsr"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Sputnik
BAKI, 12 avqust - Sputnik. Ərəb Çempionlar Kubokunun final oyunu keçirilib.
Taifdəki Kral Fəhd Beynəlxalq Stadionunda “Əl-Hilal” və “Əl-Nəsr” komandaları qarşılaşıb.
Görüş "Əl-Nəsr"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
51-ci dəqiqədə "Əl-Hilal" komandası hesabı açıb.
74-cü dəqiqədə “Əl-Nasr”ın hücumçusu Kriştiano Ronaldo tabloda hesabı bərabərləşdirib.
Daha sonra ulduz futbolçu dubla imza ataraq komandasına qələbə qazandıran qolu vurub (APA).