BAKI, 12 avqust - Sputnik. İran yüksək zənginləşdirilmiş uran ehtiyatlarının yaradılması tempini əhəmiyyətli səviyyədə azaldıb.
Bu barədə “The Wall Street Journal” məlumat yayıb. “The Wall Street Journal”nın məlumatına görə, İranın belə addım atması, uranın zənginləşdirilməsi tempini azaltması payızda ABŞ-la nüvə məsələləri üzrə danışıqların bərpası istiqamətində əhəmiyyətli addım ola bilər.
Məlumatda deyilir ki, İran əvvəllər toplanmış uran ehtiyatlarının bir hissəsinin zənginləşdirilmə tempini də aşağı salıb.
Dərgidə o da həmçinin qeyd olunub ki, ABŞ administrasiyasının bir sıra rəsmilərinin sözlərinə görə, Tehran nüvə proqramını azaltmaq üçün konkret addımlar atarsa, yaxın aylarda danışıqlar aparmaq mümkün olar.