BAKI, 12 avqust - Sputnik. 2023-cü ilin yanvar-iyun aylarında paytaxt əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,5 faiz artaraq 3 milyard 240,3 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 487,9 milyon manatlıq xidmət göstərilib. Bu, xidmətlərin ümumi dəyərinin 76,8 faizini təşkil edib.
Cari ilin yanvar-iyun aylarında hər bir şəhər sakini orta hesabla 213,8 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 48,1 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.