BAKI, 12 avqust - Sputnik. Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinə (ECOWAS) üzv dövlətlərin Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin Nigerdəki vəziyyətə həsr olunmuş görüşü avqustun 14-də Qanada keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
Qeyd edək ki, əvvəlcə Nigerdəki vəziyyətin nizamlanması üzrə fəaliyyət planının müzakirəsi üçün görüşün avqustun 12-də keçirilməsi nəzərdə tutulsa da, sonradan görüş təxirə salınmışdı.