İDMAN

“Neftçi” “Beşiktaş”a məğlub olub

Matçın sonunda “Neftçi” hesabdakı fərqi minimuma endirə bilsə də, İstanbul klubunu qapı tiri xilas edib.
Sputnik
BAKI, 10 avqust - Sputnik. Bakı “Neftçi”si öz meydanında İstanbul “Beşiktaş”ına məğlub olub.
Cümə axşamı, avqustun 10-da Azərbaycan paytaxtında UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin “Neftçi” və “İstanbul Beşiktaş” komandaları arasında ilk oyunu keçirilib. Titullu Türkiyə klubu 3:1 hesabı ilə inamlı qələbə qazanıb.
Qarşılaşmada hesab artıq 14-cü dəqiqədə açılıb, qonaqlar arasında Vinsent Abubakar fərqlənib, 9 dəqiqə sonra Cekson Muleka komandasının üstünlüyünü dubl edib.
Üçüncü top ikinci hissədə "neftçilər"in qapısına vurulub - 62-ci dəqiqədə Salih Uçan "Beşiktaş"ın üçüncü qolunun müəllifi olub.
Lakin Adrian Mutunun yetirmələri təslim olmayıblar və hesabdakı fərqi bağlaya azlada biliblər - 79-cu dəqiqədə İstanbul klubunun qapısına Kilan Lebon yol tapıb.
Sonda meydan sahibləri xal fərqini tamamilə minimuma endirmək imkanını əldən veriblər top dirəyə dəyib.
Beləliklə, “Beşiktaş”ın səviyyəsini özünü göstərib və əgər hər hansı bir möcüzə baş verməsə, bir həftə sonra İstanbulda keçiriləcək cavab matçı sadəcə formal xarakter daşıyacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.