BAKI, 10 avqust — Sputnik. Özbəkistan Azərbaycana bu ölkənin müəssisələrinin bazasında dəmir yolu vaqonlarının tikintisini və təmirini təklif edib. Özbəkistan Nəqliyyat Nazirliyinin mətbuat xidməti bu barədə cümə axşamı xəbər verib.
2001-ci ildə Özbəkistan Dəmir Yollarının strukturunda sərnişin vaqonlarının tikintisi və təmiri üzrə Daşkənd zavodu tikilib. Müəssisə ildə 450 vaqonun əsaslı təmirinə və 40-a qədər yeni vaqon yığılmasına imkan verir.
2013-cü ilin sentyabr ayında şirkət "Töküm-mexanika zavodu"nda ümumi dəyəri 150 milyon ABŞ dolları olan vaqonların təmiri bazasının modernləşdirilməsini və yük vaqonlarının tikintisinin təşkilini həyata keçirib. Hər iki müəssisənin məhsullarına Avrasiya İqtisadi İttifaqının uyğunluq sertifikatları var.
Məlumata görə, Özbəkistan Nəqliyyat Nazirliyinin nümayəndələri Bakıda keçirilən "Özbəkistan və Azərbaycan: əməkdaşlığın yeni üfüqləri" adlı dəyirmi masada iştirak ediblər.
"Nəqliyyat Nazirliyi tərəfindən Özbəkistanda Azərbaycanın dəmir yolu vaqonlarının tikintisi və təmiri təklif olunub", - Mərkəzi Asiya Respublikasının Nəqliyyat Nazirliyinin saytında yerləşdirilən məlumatda belə deyilir.
Nazirlikdən əlavə ediblər ki, tərəflər, həmçinin nəqliyyat və logistika sahəsində ikitərəfli əməkdaşlığın gələcək inkişafı məqsədi ilə 2023-2024-cü illər üçün birgə yol xəritəsinin hazırlanması barədə razılığa gəliblər.
Görüşdə Özbəkistan nazirliyinin nümayəndələri Özbəkistan və Azərbaycan arasında "E-Permit" elektron icazə mübadiləsinin tətbiqi təklifi ilə çıxış ediblər. Həmçinin, sistemin avtomobil nəqliyyatı ilə yüklərin daşınmasının asanlaşdırılmasında və ilkin məlumatların mübadiləsində rolu qeyd edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.