DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə kəşfiyyatı İŞİD üzvləri ilə bağlı gizli sənədləri əldə edib

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi, Böyük Britaniyanın Mİ6-sı, İsrailin Mossadı və İranın xüsusi xidmət orqanları uzun illərdir ki, İŞİD-ə qarşı əks-kəşfiyyat və casusluq fəaliyyəti həyata keçirirlər.
Sputnik
BAKI, 9 avqust — Sputnik. Türkiyə xüsusi xidmət orqanları terror aktları törətmək imkanına malik olan 10 minə yaxın insanın adlarını əks etdirən "İslam Dövləti" terror təşkilatının məxfi sənədlərinə giriş imkanı verən əməliyyat keçirib. "Sabah" qəzeti təhlükəsizlik mənbələrinə istinadən yazır ki, Mərkəzi Kəşfiyyat İdarəsi (CIA), Mi-6 və Mossad uzun illərdir bu sənədləri ələ keçirməyə çalışır.

"Gizli sənəddə təşkilat üzvlərinin tərcümeyi-halı, onların xüsusi hazırlığı, təşkilatçılıq bacarıqları, istifadə etdikləri silahlar, milliyyəti, ailə üzvləri, ünvanları, əlaqə məlumatları var olub" - nəşr yazır.

Qəzet yazır ki, Türkiyə xüsusi xidmət orqanları tacik dilində edilən telefon zəngini ətraflı təhlil ediblər.
"Bir neçə aylıq yoxlama prosesi başlayıb. Məlum olub ki, xarici dildə danışmaq kəşfiyyat baxımından çox dəyərlidir. İŞİD bəzi "yük"lər üçün tender keçirir və mübadilə İstanbulda baş tutur. Lakin yükün məzmunu və sövdələşmənin nə vaxt aparılacağı qeyd olunmur. Yükün "rəqəmsal" olduğu müəyyənləşir. Dünyaya səpələnmiş 9952 İŞİD terrorçusunun bioqrafik məlumatlarını özündə əks etdirən "Tək canavar" adlandırılan elektron yaddaş daşıyıcıda bu şəxslərin əvvəllər deşifrə olunmadığı və təkbaşına hərəkət edə bildiyi qeyd olunub", - "Sabah" qəzeti yazıb.
Nəşrin məlumatına görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi, Böyük Britaniyanın Mİ6-sı, İsrailin Mossadı və İranın xüsusi xidmət orqanları uzun illərdir ki, İŞİD-ə qarşı əks-kəşfiyyat və casusluq fəaliyyəti həyata keçirir.
"Uzun illər müxtəlif adlar altında dünya kəşfiyyat orqanlarının 40 xüsusi agenti İŞİD silahlı terror təşkilatına aid məlumatlara daxil olmaq üçün Tacikistan, Özbəkistan və Pakistan dağlarında olub. Qərb kəşfiyyat orqanları üçün bu məlumatların dəyəri əvəzsiz idi", - qəzet yazır.