BAKI, 9 avqust — Sputnik. Rusiyada ətin qiymətlərindəki kiçik artım mövsümi amildən qaynaqlanır. İstehsalın artması nəzərə alınmaqla, avqustun sonunda qiymətlərin aşağı düşəcəyi gözlənilir.
Bu barədə jurnalistlərə Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Patruşev məlumat verib.
Agentlik artımın mövsümi faktorla bağlı olduğunu bildirib.
"İstehsalın artımını nəzərə alsaq, düşünürəm ki, yaxın gələcəkdə biz qiymətlərdə azalma müşahidə edəcəyik. Düşünürəm ki, bu, avqustun sonu - sentyabrın əvvəlində baş verəcək və qiymətlər stabilləşəcək. Ona görə də biz burada hər hansı kritik vəziyyət görmürük", - deyə o, sözünə davam edib.
Nazir qeyd edib ki, ətin bahalaşması və ya qıtlığı üçün heç bir ilkin şərt yoxdur.
Onun sözlərinə görə, Rusiyanın ərzaq bazarında vəziyyət sakitdir, istehsal həcmi artır. Məsələn, 2023-cü ilin birinci yarısında heyvan əti istehsalı (quş əti istisna olmaqla) ötən ilin müvafiq dövrü ilə müqayisədə, təxminən 9 faiz artaraq 1,8 milyon tona çatıb. 2022-ci ildə Rusiyada ət və ət məhsulları ilə özünü təmin etmək 100%-i ötüb. "İstehsalın durğunluğundan danışmaq qəbuledilməzdir", - deyə Patruşev vurğulayıb.