İDMAN

Qadın voleybolçulardan ibarət millimiz Avropa çempionatının finalında iştirak edəcək

Avqustun 15-dən sentyabrın 3-dək reallaşacaq "Avro-2023"ün oyunlarını "CBC Sport" telekanalı canlı yayımlayacaq.
Sputnik
BAKI, 9 avqust — Sputnik. Qadın voleybolçulardan ibarət Azərbaycan millisi ardıcıl onuncu dəfə Avropa çempionatının final mərhələsində iştirak edəcək.
Bu barədə Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.
Avqustun 15-dən sentyabrın 3-dək reallaşacaq "Avro-2023"ün oyunlarını "CBC Sport" telekanalı canlı yayımlayacaq.
Qeyd edək ki, komandamız C qrupunda yer alıb. Rəqiblərimiz Almaniya, Çexiya, İsveç, Türkiyə və Yunanıstan yığmalarıdır.