BAKI, 8 avqust — Sputnik. Maqadan vilayətinin mərkəzi rayonlarına qar yağıb.
Bunu Rusiya Hidrometeorologiya Mərkəzinin Maqadan vilayəti üzrə nümayəndəsi "RİA Novosti"yə bildirib.
Sosial şəbəkə istifadəçiləri qarlı havada çəkdikləri video və fotoları paylaşıblar.
Bu yay Maqadan bölgəsinə artıq iki dəfə qar yağıb: iyun və iyul aylarında. Özü də, isti və quraq havanı əvəz edən qar bölgəyə qəfil yağır.
"Maqadan vilayətinin mərkəzi rayonlarında avqustda qar yağması tez-tez baş verən hadisədir. Gecələr orada sıfırdan aşağı hava temperaturu qeydə alınıb. Lakin uzunmüddətli soyuq hava gözlənilmir", - bu barədə Hidrometeorologiya Mərkəzinin nümayəndəsi məlumat yayıb.
Qeyd edək ki, bu günlər Azərbaycanda anomal isti şəraiti davam edir. Ölkəmizin ərazisində isti hava şəraitinin yaxın günlər ərzində davam edəcəyi, temperaturun bəzi yerlərdə 42-44°-dək artacağı gözlənilir.