BAKI, 7 avqust - Sputnik. Bakıda və Abşeron yarımadasında avqustun 8-dən 12-dək havanın maksimal temperaturunun 35-40° isti olacağı gözlənilir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Azərbaycanın rayonlarına gəlincə, avqustun 8-dən 12-dək havanın maksimal temperaturunun Naxçıvan MR-da və aran rayonlarında 35-40°, bəzi yerlərdə 42-44°, dağlıq rayonlarda 28-33° isti olacağı gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.