İDMAN

Azərbaycan avarçəkəni çempionluğu son anda əldən verib

Təsnifat və yarımfinal mərhələlərini birinci yerdə başa vuraraq A finalında yarışmaq hüququna yiyələnən B.Nəsiri həlledici yürüşdə çempionluğu son anda əldən verib.
Sputnik
BAKI, 7 avqust — Sputnik. Azərbaycan avarçəkəni Bəhmən Nəsiri Çinin Çendu şəhərində keçirilən XXXl Ümumdünya Yay Universiadasında bürünc medal qazanıb.
Bir nəfərlik akademik avarçəkmə qayığında 2000 metr məsafədə yarışan idmançı üçüncü yeri tutub.
Təsnifat və yarımfinal mərhələlərini birinci yerdə başa vuraraq A finalında yarışmaq hüququna yiyələnən B.Nəsiri həlledici yürüşdə çempionluğu son anda əldən verib. Qalib fotofinişlə müəyyən edilib.
Eyni növdə yüngül çəkidə mübarizə aparan Ziya Məmmədzadə isə B finalında üçüncü nəticə göstərib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.