BAKI, 5 avqust - Sputnik. Yeni araşdırmalar sübut edir ki, cinsindən asılı olmayaraq vegetarianlar adi ət yeyən insanlarla müqayisədə omba sınıqlarına 50 faiz daha meyillidirlər. Potensial səbəb kimi, əlbəttə, kafi miqdarda protein qəbul edə bilməmək göstərilir.
“ScitechDaily” saytına istinadla xəbər verir ki, alimlər bu araşdırmaya bir qrup hamilə qadının doğum sancılarının digərlərinə nisbətən daha ağır olması faktını araşdırmaqla başlayıblar. Lids Universitetindən alimlər sonda bu qərara gəliblər ki, normadan artıq ağrı, həmçinin sümük qırıqları vegetarianlıq faktı ilə bağlıdır.
Ancaq Lids Universitetinin alimləri onu da qeyd edir ki, hazırda vegetarianlığın elm aləminə bəlli olan kifayət qədər çox faydaları var və bunlardan ən başlıcası xərçəng riskinin azalmasıdır. Həkimlər ət yeməyən insanlara sümük sağlamlığını qoruya bilmək üçün ömürboyu sürəcək protein pəhrizinə əməl etməyi tövsiyə edirlər.