İDMAN

Azərbaycanın basketbol yığması Avropa çempionatında qələbə qazanıb

Komanda Bakıda Andorra seçməsini 81:55 hesabı ilə məğlub edib.
Sputnik
BAKI, 5 avqust - Sputnik. 18 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının C Divizionunda 5-9-cu yerlər uğrunda keçirdiyi ikinci oyununda da qələbə qazanıb.
Komanda Bakıda Andorra seçməsini 81:55 hesabı ilə məğlub edib.
Ötən gün ilk görüşündə Cəbəllütariqi 75:58 hesabı ilə üstələyən Azərbaycan yığmasının növbəti rəqibi San Marino olacaq. Avqustun 6-da keçiriləcək qarşılaşma saat 12:30-da start götürəcək (Report).