DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiyanın Nigerlə yaxınlaşması Qərbi Moskvadan asılı vəziyyətə salacaq

Əgər Niger Rusiyanın orbitinə düşərsə, o zaman dünyada atom enerjisi sahəsində Moskvadan asılılıq artacaq.
Sputnik
BAKI, 4 avqust — Sputnik. Qərb ölkələri Rusiya ilə Nigerin güclü yaxınlaşmasından narahatdır.
Bu barədə Rusiya mediası "Bloomberg"ə istinadən xəbər verib.
Nəşrin məlumatına görə, əgər Niger Rusiyanın orbitinə düşərsə, o zaman dünyada atom enerjisi sahəsində Moskvadan asılılıq artacaq.
Bundan əlavə, Qazaxıstan və Özbəkistan dünyanın əsas uran istehsalçıları sırasındadır. Onların payına dünyanın hasil olunan ehtiyatlarının təxminən yarısı düşür. Bu rəqəmə Rusiya və Nigeri də əlavə etsək, o zaman bu dörd ölkədə hasil olunan uranın payı 60 faizə qədər artacaq.
Rusiya həmçinin uran yataqlarına da malikdir və dünyada uranın zənginləşdirmə potensialının demək olar ki, yarısına nəzarət edir.
İyulun 27-də dövlət çevrilişini təşkil edən hərbçilər Niger prezidentinin devrildiyini bildiriblər.