BAKI, 4 avqust — Sputnik. Moskva Şimali Atlantika Alyansının Avropada artan fəallığına Rusiyanın qərb sərhədlərinin müdafiə qabiliyyətini gücləndirməklə cavab verir, Baltik dənizi donanması isə məsuliyyət zonasında milli maraqları qoruyur.
"Okean Qalxanı-2023" hərbi dəniz təlimi avqustun 2-də Baltik dənizinin akvatoriyasında başlayıb. Buraya 30-dan çox döyüş gəmisi, 20 dəstək gəmisi, Rusiya Hərbi Dəniz Qüvvələrinin və Aerokosmik Qüvvələrinin 30 təyyarəsi, 6000-ə yaxın hərbçisi cəlb olunub.
Rusiyanın Hərbi Dəniz Qüvvələrinin əməliyyat baxımından vacib bir ərazidə Rusiyanın maraqlarını qorumağa hazırlığı, müxtəlif səviyyələrdə qərargahların işinin uyğunluğu yoxlanılır. Dəniz sahillərinin müdafiəsi, dəniz kommunikasiyalarının mühafizəsi, qoşunların və hərbi yüklərin daşınması tətbiq olunur. Artilleriya və raket-torpeda silahlarından praktiki istifadə də daxil olmaqla 200-dən çox döyüş təliminin keçirilməsi planlaşdırılır. Rusiya Hərbi Dəniz Qüvvələrinin Baş komandanı Nikolay Yevmenovun birbaşa rəhbərliyi "Okean Qalxanı-2023" manevrlərinin xüsusi statusu və xarakterini göstərir.
Rusiyanın Baltik dənizindəki güclü "dəniz yumruğu"nu, şübhəsiz ki, 11-12 iyul tarixlərində NATO-nun Vilnüsdə keçirilən sammitində 300 minə qədər alyansın Hərbi Dəniz Qüvvələri və Hərbi Hava qüvvələrinin Avropada yerləşdirilməsi üçün Rusiya əleyhinə baş planını qəbul edən xoşagəlməz qonşular tərəfindən görülüb. Qərb açıq şəkildə Rusiya ilə genişmiqyaslı müharibəyə hazırlaşır və 300 min "süngü" yaxın gələcəyin qabaqcıl eşelonudur. Bu gün alyansın komandanlığı altında hələlik 40 min hərbçi, 100 döyüş təyyarəsi və 27 gəmi daimi hazırlıq vəziyyətindədir. Hərbi blokun Finlandiya hesabına genişlənməsi hələ də Baltik dənizini "NATO-nun daxili dənizinə" çevirməyib. Qərbin məşum planları imkan və resurslarla üst-üstə düşmür.
Rusiya Hərbi Dəniz Qüvvələrinin tərkibində 70-dən çox sualtı qayıq və 200 suüstü döyüş gəmisi var. Rusiya hərbi donanması geniş fərqlə Baltik dənizində liderlik mövqeyini qoruyub saxlayır, onun tərbində 60-a yaxın suüstü gəmi və sualtı qayıq, dəniz piyadalarının sahil bölmələri, raket qoşunları, dəniz aviasiyası və on minlərlə hərbçi var. Baltik Donanmasının zərbə potensialı ən yeni raket gəmiləri, sualtı qayıqlar, 4++ nəslinin çoxməqsədli qırıcıları, S-400 zenit-raket kompleksləri, "Bal" və "Bastion" sahil raket kompleksləri, "İskəndər-M" əməliyyat-taktiki raket kompleksi, 11-ci ordu korpusu (bu iki diviziyadan çox, hətta ayrı bir tank alayıdır) ilə müəyyən edilir.
S-400 zenit raket kompleksi, arxiv
© Sputnik / Aleksandr Kryazhev
Rusiyanın Baltik dənizindəki dənizçiləri müntəzəm olaraq NATO Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrindəki həmkarlarını canlı atışla genişmiqyaslı təlimləri, təchiz olunmamış sahilə desant enişi və Dünya Okeanının ən ucqar ərazilərinə gəmi səfərləri ilə sərt reallığa qaytarırlar. "Okean Qalxanı-2023" təliminin adı isə mübaliğə deyil, faktın ifadəsidir.
Texnoloji üstünlük
Baltik donanması bu gün suüstü və sualtı qüvvələr, aviasiya, hava hücumundan müdafiə qüvvələri və quru komponentləri ilə - qabaqcıl silah və texniki vasitələrlə eyni vaxtda fəaliyyət göstərən güclü çoxfunksiyalı bir qrupdur. Döyüş hazırlığının prioriteti donanmanın müxtəlif zərbə qüvvələrinin (Baltik dənizi zonasında aviasiya və sahil qoşunları ilə birlikdə gəmi zərbə qrupları) hərəkətlərini hazırlamaqdır.
Dənizdə əsas vəzifələri müasir yüksək texnologiyalı "Sterequşiy", "Soobrazitelnıy", "Boykiy" və "Stoykiy" korvetləri, "Sovetsk", "Serpuxov", "Zelenıy Dol", "Mıtişi" və digər "Karakurt" kiçik raket gəmiləri tərəfindən həll olunur. Baltik səması dəniz aviasiyasının atlantları tərəfindən qorunur.
Qərb dünyasında hərbi güc reytinqində Rusiya Hərbi Dəniz Qüvvələri Çin Hərbi Dəniz Qüvvələrindən sonra ikinci yerdədir, ABŞ isə Şimali Koreyadan sonra yalnız dördüncü pilləni tutur. Rusiya Hərbi Dəniz Qüvvələrinin döyüş potensialı durmadan artır, 2023-cü ildə onun tərkibinə müxtəlif siniflərdən olan 30-dan çox gəmi daxil olacaq. Onlardan dördü Baltikyanı ölkələrə gələcək və bunlar əsasən 2500 km-dən çox uçuş məsafəsi olan "Kalibr" yüksək dəqiqlikli raket komplekslərinə malik 22800 layihə gəmiləridir. Rusiya Hərbi Dəniz Qüvvələrinin Baş komandanı Nikolay Yemenovun sözlərinə görə, tikilməkdə olan bütün freqatlar və korvetlər 1000 km-ə qədər məsafə qət edə bilən "Zirkon" hipersəs raketləri ilə silahlanacaq.
Ukrayna hərbi əməliyyat teatrında döyüş tətbiqi təcrübəsi sübut edib ki, Rusiyanın hipersəs raketləri Pentaqonun və NATO-nun istənilən mövcud hava hücumundan müdafiə sistemlərini, o cümlədən "Patriot" zenit raket kompleklərinin (ZRK) ən müasir modifikasiyalarını, "NASAMS" ZRK və eksperimental "IRIS-T" ZRK-lərini üstələyir. NATO-nun Baltik dənizindəki gəmiləri və hərbi-dəniz bazaları, onların "müstəsna" döyüş imkanlarından və arsenallarından asılı olmayaraq dərhal məhv edilə bilər.
Silahlanma sahəsində yüksək texnologiyalar istənilən ölkənin real suverenliyinin və davamlı inkişafının əsası olaraq qalır. Rusiya bu istiqamətdə və Baltik dənizi bölgəsində bütün rəqiblərini qabaqlayır. Rusiyanın Hərbi Dəniz Qüvvələrinin yüksək texnoloji silahları sahəsində liderliyi dövrün tələbi və Avropada milli təhlükəsizliyin təminatıdır. Bununla yanaşı Asiyada hərbi-siyasi təlatüm da artır.
Çinin Rusiyadakı səfiri Çjan Hanhuey dünən bildirib: "Faktlar sübut edib ki, NATO şeytani pəncələrini hara uzatsa, insanlar orada həlak olacaqlar və sülh olmayacaq" və həmçinin "NATO-nun şərqə doğru beş istiqamətdə genişlənməsi" Ukrayna böhranının kəskinləşməsinə əsas səbəb olub. "Şeytani genişlənmə" nə qədər davam etsə də, Rusiyanın Baltik Donanması daimi döyüş hazırlığındadır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.