BAKI, 4 avqust — Sputnik. "Neftçi" – "Beşiktaş" oyununun hakimləri müəyyənləşib.
Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununu isveçrəli hakimlər idarə edəcək.
Avqustun 10-da Bakıda baş tutacaq qarşılaşmada Lukas Fahndrix fit çalacaq. Ona Yonas Erni və Guillom Mayre kömək edəcək. Dördüncü hakim funksiyasını Lionel Çudi yerinə yetirəcək.
Qeyd edək ki, oyun "Bakcell Arena"da keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.