"İyulun 25-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində son təmaslar Qarabağda son dərəcə çətin vəziyyət fonunda baş tutub. Həssas detalları açıqlamadan deyə bilərəm ki, biz güzəştə getməyi təklif etmişik. Tərəflər gərginliyi azaltmaq üçün həll yollarının üzərində işləyirlər. Moskva ümid edir ki, humanitar düşüncələr, sadə insanlar üçün qayğı Bakı ilə Yerevan arasında siyasi fikir ayrılıqlarını üstələyəcək", - Qonçar bildirib.
"Hər şey istədiyimiz qədər sürətlə getmir, lakin bu, münaqişə illərində yığılmış problemlər və ziddiyyətlər silsiləsi nəzərə alınmaqla başa düşüləndir. Eyni zamanda, biz işi süni şəkildə prosesi sürətləndirmirik və qərbli həmkarlarımızdan fərqli olaraq fgörüş xatirinə görüş keçirtmirik", - deyə o bildirib.
"Tərəflərin heç birində kiminsə daha çox qazandığı hissi olmamalıdır. Nəqliyyat kommunikasiyalarının, ilk növbədə, dəmir yollarının blokdan çıxarılması Cənubi Qafqazın nəhəng iqtisadi potensialının açılmasına kömək edəcək və üçtərəfli işin bütün digər sahələrinə güclü təkan verəcək", - diplomat bildirib.