https://sputnik.az/20230804/kommunikasiyalarin-acilmasi-ile-cenubi-qafqazin-iqtisadi-potensiali-uze-cixacaq---rf-xn-457427296.html
Kommunikasiyaların açılması ilə Cənubi Qafqazın iqtisadi potensialı üzə çıxacaq - RF XİN
Kommunikasiyaların açılması ilə Cənubi Qafqazın iqtisadi potensialı üzə çıxacaq - RF XİN
Sputnik Azərbaycan
Rusiya Federasiyasının həyati marağı həmişə regionda davamlı sülh və sabitliyin bərqərar olması olub və bundan ibarətdir. 04.08.2023, Sputnik Azərbaycan
2023-08-04T11:52+0400
2023-08-04T11:52+0400
2023-08-04T11:52+0400
bakı
rusiya
yerevan
nəqliyyat
https://cdnn1.img.sputnik.az/img/07e5/06/08/427152953_0:0:3042:1711_1920x0_80_0_0_3784fb8e9a58cc117a9fe90248d7aa6b.jpg
BAKI, 4 avqust — Sputnik. Ermənistan və Azərbaycan Rusiyanın regionda gərginliyin azaldılması ilə bağlı təkliflərini öyrənirlər. Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar TASS-a müsahibəsində bildirib. Qonçar qeyd edib ki, Rusiyanın düşmənlərinin nə deməsindən asılı olmayaraq, Rusiya Federasiyasının həyati marağı həmişə regionda davamlı sülh və sabitliyin bərqərar olması olub və bundan ibarətdir. O, Rusiyanın bütün mərhələlərdə münaqişənin həllində fəal iştirakına diqqət çəkib. "Hesab edirəm ki, heç kim şübhə etmir ki, coğrafi mövqeyinə, tarixi keçmişinə, əlaqələrin miqyasına və xarakterinə görə Rusiya Cənubi Qfqazın problemlərinin həllindən kənarda qala bilməz və qalmamalıdır", - o əlavə edib. Qonçar həmçinin qeyd edib ki, Rusiya tərəfi bütün istiqamətlər üzrə, o cümlədən regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanması, Bakı ilə Yerevan arasında sülh müqaviləsinin razılaşdırılması, iki ölkə arasında dialoqun inkişaf etdirilməsi ilə bağlı güclü vasitəçilik səylərini davam etdirir. Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasına gəlincə, diplomat qeyd edib ki, bu məsələlər Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu vasitəsilə ətraflı müzakirə olunur. Onun sözlərinə görə, Rusiya bu tras üzrə bütün razılaşmaların paritet olmasını təmin etməyə çalışır. Xatırladaq ki, iyunun 2-də Moskvada Mixail Mişustin, Mqer Qriqoryan və Şahin Mustafayevin iştirakı ilə üçtərəfli işçi qrupunun növbəti iclası keçirilib. Nəticədə tərəflər Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılması üsullarının razılaşdırılmasında mühüm irəliləyişin əldə edildiyini, xüsusən Yerasx-Culfa-Culfa - Meğri - Horadiz dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsinə dair ümumi anlaşma əldə edildiyini bildirdilər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/08/427152953_311:0:3042:2048_1920x0_80_0_0_9a766e8d7affedf55259e0c0218bc3a8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakı, yerevan, nəqliyyat
Kommunikasiyaların açılması ilə Cənubi Qafqazın iqtisadi potensialı üzə çıxacaq - RF XİN
Rusiya Federasiyasının həyati marağı həmişə regionda davamlı sülh və sabitliyin bərqərar olması olub və bundan ibarətdir.
BAKI, 4 avqust — Sputnik. Ermənistan və Azərbaycan Rusiyanın regionda gərginliyin azaldılması ilə bağlı təkliflərini öyrənirlər. Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar TASS-a müsahibəsində bildirib.
"İyulun 25-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində son təmaslar Qarabağda son dərəcə çətin vəziyyət fonunda baş tutub. Həssas detalları açıqlamadan deyə bilərəm ki, biz güzəştə getməyi təklif etmişik. Tərəflər gərginliyi azaltmaq üçün həll yollarının üzərində işləyirlər. Moskva ümid edir ki, humanitar düşüncələr, sadə insanlar üçün qayğı Bakı ilə Yerevan arasında siyasi fikir ayrılıqlarını üstələyəcək", - Qonçar bildirib.
Qonçar qeyd edib ki, Rusiyanın düşmənlərinin nə deməsindən asılı olmayaraq, Rusiya Federasiyasının həyati marağı həmişə regionda davamlı sülh və sabitliyin bərqərar olması olub və bundan ibarətdir. O, Rusiyanın bütün mərhələlərdə münaqişənin həllində fəal iştirakına diqqət çəkib.
"Hesab edirəm ki, heç kim şübhə etmir ki, coğrafi mövqeyinə, tarixi keçmişinə, əlaqələrin miqyasına və xarakterinə görə Rusiya Cənubi Qfqazın problemlərinin həllindən kənarda qala bilməz və qalmamalıdır", - o əlavə edib.
Qonçar həmçinin qeyd edib ki, Rusiya tərəfi bütün istiqamətlər üzrə, o cümlədən regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanması, Bakı ilə Yerevan arasında sülh müqaviləsinin razılaşdırılması, iki ölkə arasında dialoqun inkişaf etdirilməsi ilə bağlı güclü vasitəçilik səylərini davam etdirir.
"Hər şey istədiyimiz qədər sürətlə getmir, lakin bu, münaqişə illərində yığılmış problemlər və ziddiyyətlər silsiləsi nəzərə alınmaqla başa düşüləndir. Eyni zamanda, biz işi süni şəkildə prosesi sürətləndirmirik və qərbli həmkarlarımızdan fərqli olaraq fgörüş xatirinə görüş keçirtmirik", - deyə o bildirib.
Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasına gəlincə, diplomat qeyd edib ki, bu məsələlər Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu vasitəsilə ətraflı müzakirə olunur.
Onun sözlərinə görə, Rusiya bu tras üzrə bütün razılaşmaların paritet olmasını təmin etməyə çalışır.
"Tərəflərin heç birində kiminsə daha çox qazandığı hissi olmamalıdır. Nəqliyyat kommunikasiyalarının, ilk növbədə, dəmir yollarının blokdan çıxarılması Cənubi Qafqazın nəhəng iqtisadi potensialının açılmasına kömək edəcək və üçtərəfli işin bütün digər sahələrinə güclü təkan verəcək", - diplomat bildirib.
Xatırladaq ki, iyunun 2-də Moskvada Mixail Mişustin, Mqer Qriqoryan və Şahin Mustafayevin iştirakı ilə üçtərəfli işçi qrupunun növbəti iclası keçirilib. Nəticədə tərəflər Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılması üsullarının razılaşdırılmasında mühüm irəliləyişin əldə edildiyini, xüsusən Yerasx-Culfa-Culfa - Meğri - Horadiz dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsinə dair ümumi anlaşma əldə edildiyini bildirdilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.