"Bakı və Yerevandan mümkün qədər tez sülhə nail olmaq öhdəliyi ilə bağlı siqnallar o demək deyil ki, tərəflər istənilən şərtlərlə razılaşmağa hazırdır. Biz hələ də bir sıra çətin məsələlər üzrə həll yollarını tapmalıyıq", - deyə o, bildirib.
"Müvafiq tərəflərin 1991-ci il Alma-Ata Bəyannaməsini təsdiqləməsi bu məntiqi dəstəkləyir. Sazişin həyata keçirilməsinə beynəlxalq dəstək mexanizmi də tələb olunur ki, bu da Azərbaycan və Ermənistanın müstəqilliyi, suverenliyi və siyasi vəziyyətini şübhə altına almayacaq", - Qonçar əlavə edib.
"Ermənistan-Azərbaycan sülh müqaviləsinin hazırlanması Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli sazişlərin elementlərindən biridir. Rusiya bütün səviyyələrdə siyasi-diplomatik kanallardan istifadə edərək, bu sənədin hazırlanmasında Bakı və Yerevana fəal kömək edir: üçtərəfli sammitlər hər il keçirilir, xarici işlər nazirləri müntəzəm olaraq görüşürlər", - Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru bildirib.