DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyədə inflyasiya keçən ilin yanvarından bəri ən yüksək həddə çatıb

İnflyasiyanın yeni yüksəliş tendensiyası gözləntiləri Türkiyə Respublikası Mərkəzi Bankının proqnozlarında da öz əksini tapıb və ilin sonuna inflyasiya gözləntisi 22,3%-dən 58%-ə qaldırılıb.
Sputnik
BAKI, 3 avqust — Sputnik. Türkiyədə aylıq inflyasiya 2022-ci ilin yanvarından bəri ən yüksək səviyyəyə çatıb.
Türkiyə Statistika Təşkilatının açıqladığı məlumatlara görə, iyul ayında aylıq inflyasiya maaş və vergi tənzimləmələri, yanacaq qiymətlərindəki artım səbəbiylə 2022-ci ilin yanvarından bu yana ən yüksək səviyyəyə yüksəlib.
İllik inflyasiyada son aylarda müşahidə edilən azalma iyul ayında başa çatıb. Belə ki, iyul ayında Türkiydə aylıq inflyasiya 9,49%, illik inflyasiya isə 47,83% təşkil edib.
Ötən ay ən yüksək aylıq artım 17,75% ilə nəqliyyat sahəsində qeydə alınıb. Sonrakı yerlərdə isə 13,61% artım ilə səhiyyə, 11,92% artım ilə restoran və otellər gəlir.
İnflyasiyanın yeni yüksəliş tendensiyası gözləntiləri Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) proqnozlarında da öz əksini tapıb və TCMB ilin sonuna inflyasiya gözləntisini 22,3%-dən 58%-ə qaldırıb.
Xatırladaq ki, bu ilin iyulun 16-na keçən gecə Türkiyədə benzin və dizel yanacağının qiymətləri 20% artıb.