BAKI, 3 avqust — Sputnik. Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti Ermənistan hökumətinin göndərdiyi humanitar yükün bölgəyə çatdırılmamasının səbəblərini izah etməlidir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
"Azərbaycan Prezidentinin "Euronews" telekanalına müsahibəsində Laçın dəhlizinin bağlanmaması barədə bəyanatından sonra Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin niyə humanitar yardımların çatdırılmasını təmin etməmələrinin izahatını dinləmək lazımdır", - Paşinyan bildirib.
O qeyd edib ki, Rusiya sülhməramlıları tərəfindən bu məsələyə aydınlıq gətirilməsini vacib hesab edir.
"Bizim aidiyyatı qurumlarımız bu məsələ üzərində işləməlidir", - Paşinyan əlavə edib.
İyulun 26-da Ermənistan hökuməti Qarabağa 400 ton "humanitar yardım" göndərib. 19 ağır yük maşınından ibarət karvan Ermənistanın Laçın dəhlizi ilə sərhəddə yerləşən Kornidzor qəsəbəsi ərazisində gözləyir.