DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qurani-Kərimin yandırılması aksiyasına icazə verildi

İyunun 28-də Stokholmun mərkəzində iraqlı mühacir müsəlmanların müqəddəs Qurban bayramında namaz qılarkən Quranı yandırıb.
Sputnik
BAKI, 2 avqust — Sputnik. Stokholm Şəhər Polis İdarəsi avqustun 3-də İsveçin paytaxtında Qurani-Kərimin yenidən yandırılması aksiyasına icazə verib.
Bu barədə "Svenska dagbladet" qəzeti məlumat yayıb.
Aksiyanın təşkilatçısı olan qadın bildirib ki, məqsədi dinin siyasət olduğunu göstərməkdir.
Onun sözlərinə görə, Müqəddəs Kitabın yandırılmasının səbəbi onun xeyli sayda insanın ölümünə bais olmasıdır: "Ümid edirəm ki, bütün dünya bu mesajı eşidir, çünki dinin siyasi olduğunu qəbul etmək vacibdir".
Qadın həmçinin vurğulayıb ki, İsa peyğəmbərin sözlərinə və "Müqəddəs Kitab"ın ( "İncil"i nəzərdə tutur) "On Əmr"inə əməl edir.
Xatırladaq ki, iyunun 28-də Stokholmun mərkəzində iraqlı mühacir müsəlmanların müqəddəs Qurban bayramında namaz qılarkən Quranı yandırıb.
Azərbaycan XİN İsveç hakimiyyət orqanlarını təqsiri olanlara qarşı bütün lazımi tədbirləri görməyə və bu cür nifrət cinayətlərinin təkrarlanmasının qarşısını almağa çağırıb.