BAKI, 2 avqust — Sputnik. Rusiya taxılının hətta təmənnasız əsaslarla etibarlı tədarükünə hazırlıqlar gedir.
Bunu Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla söhbət zamanı bildirib.
"Ən çox ərzaq ehtiyacı olan ölkələrin ehtiyaclarını nəzərə alaraq, Rusiya taxılının hətta təmənnasız əsaslarla tədarükü üçün etibarlı variantlar hazırlanır", - Putin deyib.
O, Rusiya tərəfinin bu istiqamətdə Türkiyə və digər maraqlı dövlətlərlə əməkdaşlıq etmək niyyətində olduğunu da qeyd edib.
Putin qeyd edib ki, Rusiya taxılının Afrikanın ən yoxsul ölkələrinə pulsuz tədarükü dərhal sabah deyil, 3-4 ay ərzində başlayacaq.
Kremldən bildiriblər ki, Putin və Ərdoğan mümkün görüşün hazırlanması barədə razılığa gəliblər.