DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Elektron siqaretlər niyə təhlükəlidir? ÜST-dən xəbərdarlıq

Elektron siqaretlərin tərkibində tütün yoxdur, lakin onlar sağlamlıq üçün zərərli və təhlükəlidir.
Sputnik
BAKI, 2 avqust — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) elektron siqaretlərə ehtiyatla yanaşır.
Təşkilatın saytında belə bir məlumat dərc edilib ki, elektron siqaretlərin tərkibində tütün yoxdur, lakin onlar sağlamlıq üçün zərərli və təhlükəlidir.
Uzun müddət ərzində yalnız iki ölkə - Braziliya və Türkiyə tütün çəkməklə mübarizədə ən yüksək göstəricilərə malik idi. ÜST-nin məlumatına görə, 2021-ci ildə son hesabat dərc olunandan sonra onlara daha iki ölkə - Mavriki və Niderland da qoşulub.
Təşkilat vurğulayır ki, bu araşdırma çərçivəsində yalnız qanunvericiliklə bağlı vəziyyət öyrənilir. Məsələn, ölkələrin 87 faizinin qanunvericiliyində siqaret çəkməyə görə qadağanın pozulduğu təqdirdə cərimələr nəzərdə tutulub. Lakin ölkələrin üçdəbirindən az hissəsi tərəfindən qadağaya riayət olunmasına nəzarət maliyyələşdirilir.
ÜST Avropada siqaret çəkməklə bağlı ölüm hallarının sayının əsassız olaraq çox göstərilməsini qeyd edir. Bildirilir ki, bunun əsas səbəblərindən biri Avropa İttifaqındakı səhiyyə sistemində keyfiyyətsiz idarəetmə və səmərəli profilaktika təşkil olunmamasıdır.