DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukrayna vətəndaş müharibəsi ilə üzləşə bilər

Kuçmanın sabiq müşaviri bildirib ki, seçkilərin ləğv edilməsi ilə əlaqədar Kiyevi vətəndaş müharibəsi gözləyir.
Sputnik
BAKI, 31 iyul - Sputnik. Ukrayna hakimiyyəti ölkədə hərbi vəziyyətə görə ləğv edilmiş seçkiləri keçirməmək qərarına gəlsə, Ukrayna vətəndaş müharibəsi ilə üzləşə bilər.
Bu barədə RİA Novosti Ukraynanın sabiq Prezidenti Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskinin sözlərinə istinadən xəbər verir.
Məmur hesab edir ki, hərbi vəziyyəti ləğv etməkdən imtina edən hazırkı dövlət başçısı Vladimir Zelenskinin vəzifədəki səlahiyyət müddəti bitdikdə legitimliyini itirmək riski daşıyır.
"Bu hakimiyyət qeyri-qanuni sayılacaq. Qanunsuz olduğu halda, o qanundan kənardır və istənilən ukraynalı konstitusiyanın beşinci maddəsi çərçivəsində üsyançıları məhv edə bilər", - deyə Soskin proqnozlaşdırıb.
Qanuna görə, Ukraynada parlament seçkiləri 2023-cü ilin payızında, prezident seçkiləri isə 2024-cü ilin martında keçirilməlidir. Lakin yerli qanunlara görə hərbi vəziyyət zamanı səsvermə keçirilə bilməz.
Sonuncu dəfə Ali Rada Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyətin müddətini 2023-cü il noyabrın 15-dək uzadıb.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
DÜNYA XƏBƏRLƏRİ
Qərb Zelenskini əvəz etmək üçün adam axtarır: Ukrayna lideri kreslosunu itirə bilər