RUSİYA

Ukrayna Krıma dronlarla hücum edib

Rusiyanın hava hücumundan müdafiə və radioelektron mübarizə sistemləri vasitəsilə dron hücumlarının qarşısı alınıb.
Sputnik
BAKI, 30 iyul — Sputnik. Ukrayna Hərbi Hava Qüvvələri Krıma dronlarla hücum ediblər.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Krımdakı obyektlərə 25 pilotsuz uçan aparatla basqın təşkil edilib.
Onların hamısı Rusiya Federasiyasının hava hücumundan müdafiə və radioelektron mübarizə sistemləri vasitəsilə zərərəsizləşdirib.
"Bu gecə Kiyev rejiminin iyirmi beş təyyarə tipli pilotsuz uçuş aparatı ilə Krım yarımadası ərazisindəki obyektlərdə terror aktı törətmək cəhdinin qarşısı alınıb" - Nazirliyin məlumatında deyilir.
Dəqiqləşdirilib ki, Ukraynaya məxsus 16 PUA hava hücumundan müdafiə atəşi, daha 9-u isə radioelektron mübarizə kompleksləri vasitəsilə məhv edilib.
Xatırladaq ki, bu gün səhər saatlarında Kiyev rejimi üç pilotsuz təyyarə ilə Moskvada da bir sıra obyektlərə qarşı terror aktı törətməyə cəhd edib.
Bir pilotsuz təyyarə hava hücumundan müdafiə sistemi tərəfindən vurulub, ikisi radioelektron mübarizə kompleksləri tərəfindən zərərsizləşdirilib.
"İyulun 30-da səhər saatlarında Kiyev rejiminin pilotsuz uçuş aparatları ilə Moskva şəhərindəki obyektlərə qarşı terror hücumu cəhdinin qarşısı alınıb. Moskva vilayətinin Odintsovsk rayonu ərazisi üzərində bir Ukrayna PUA-sı hava hücumundan müdafiə vasitələri ilə havada məhv edilib. Daha iki pilotsuz təyyarə radioelektron mübazirə vasitələri ilə sıxışdırılıb və idarəetməni itirərək "Moskva-Siti"dəki qeyri-yaşayış binaları kompleksinin ərazisinə düşüb" – Rusiya MN-in məlumatında deyilir.
Hücum nəticəsində "Moskva Siti"nin Oko-2 qülləsində baş verən partlayışda bir nəfər yaralanıb.
"Oko-2 qülləsindəki partlayış nəticəsində bir mühafizəçi xəsarət alıb. Birinci mərtəbədən dördüncü mərtəbəyə qədər şüşələr sınıb", - Fövqəladə Hallar Xidmətindən bildirilib.
Rusiya paytaxtının meri Sergey Sobyanin Ukrayna pilotsuz təyyarələrinin şəhərə hücum etdiyini təsdiqləyib:
""Moskva siti"nin ofis qülləsinin fasadları yüngül zədələnib".
RUSİYA
Ukrayna dronları Moskvanın mərkəzinə hücum edib, yaralananlar var - VİDEO