BAKI, 30 iyul - Sputnik. Rusiya Prezidenti Vladimir Putin hərbi qulluqçuları, veteranları və ölkənin bütün vətəndaşlarını Hərbi Dəniz Qüvvələri Günü münasibətilə təbrik edib.
Bu barədə Rusiya mediası xəbər verib.
"Hörmətli matroslar və komandirlər, miçman və zabitlər, general və admirallar, əziz veteranlar və Rusiya vətəndaşları, sizi Hərbi Dəniz Qüvvələri Günü münasibətilə təbrik edirəm! Əsrlər boyu donanmamız Vətən sərhədlərinin sarsılmaz mühafizəçisi, onun qürur və şöhrəti olub, olaraq da qalır" - deyə Rusiya lideri bildirib.
Xatırladaq ki, bu yaxınlarda Putinin Sankt-Peterburqda Hərbi Dəniz Qüvvələri Günü münasibətilə keçirilən bayram tədbirlərinə gəldiyi bildirilib.