BAKI, 30 iyul - Sputnik. ABŞ Dövlət katibi Antoni Blinken dünən Azərbaycan Prezidenti İlham Əliyevlə danışıb və Qarabağdakı humanitar vəziyyətdən dərin narahatlığını bildirib. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller məlumat verib.
Dövlət katibi Blinken "Laçın dəhlizi ilə" kommersiya, humanitar və şəxsi avtomobillərin sərbəst tranzitinə təcili ehtiyac olduğunu vurğulayıb və humanitar yüklərin Qarabağın erməni əhalisinə çatdırılması üçün alternativ marşrutlar üzrə kompromislərin zəruriliyini qeyd edib.
Blinken bütün tərəflərin sülh danışıqlarında fəallığını davam etdirməsinin vacibliyini vurğulayıb.