İDMAN

Azərbaycan atleti Berlindəki yarışda birinci yeri tutub

Yekaterina Sarıyeva Berlində keçirilən yarışda üç təkanla tullanma üzrə 13.33 metr nəticə göstərib.
Sputnik
BAKI, 30 iyul - Sputnik. Almaniyada təşkil olunan Dünya Kontinental Turu çərçivəsində 30-cu “Midsommar - Charlottenburger-Mittsommernacht” yarışında Azərbaycan təmsilçisi Yekaterina Sarıyeva uğurlu çıxışla yadda qalıb.
Sarıyeva Berlində keçirilən yarışda üç təkanla tullanma üzrə 13.33 metr nəticə göstərib.
Bu göstərici ilə atletimiz birinci yeri tutub.
Yekaterina Sarıyeva kimdir
Xatırladaq ki, 28 yaşlı azərbaycanlı yüngül atlet Yekaterina Sarıyeva, 2013-cü ildə baş tutan III İslam Həmrəyliyi Oyunlarında qızıl medal, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında isə bürünc medal qazanıb.
Yekaterina Sarıyeva 2013-cü ildə Azərbaycan bayrağı altında III İslam Həmrəyliyi Oyunlarında üçtəkanla tullanma yarışlarının final mərhələsində o, 13.28 metr nəticə ilə 1-ci yeri tutub və qızıl medal əldə edib.
2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarına qatılaraq uzunluğa tullanma yarışlarının final mərhələsində o, 5.27 metr nəticə ilə 9-cu yeri tutub. Üçtəkanla tullanma yarışlarının final mərhələsində isə o, 12.81 metr nəticə ilə 3-cü yeri qazanıb və bürünc medala sahib olub.