BAKI, 29 iyul - Sputnik. ABŞ prezidentliyinə namizəd Robert Kennedi Rusiya ilə yüksək səviyyəli dialoqu müdafiə etdikdən sonra ABŞ-da təqiblərə və tənqidlərə məruz qalır. Bunu “RİA Novosti”yə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Onlar həmişə (ABŞ rəhbərliyi - red.) lehinə olmayanların hamısını təqib etməyə başlayırlar. Düşünürəm ki, indi nəhəng bir nifrət və təqib maşını işə düşəcək, istədikləri kimi “ləğvlər” işə düşəcək, çünki bu (Kennedinin açıqlamaları – red.) onların ötən illər ərzində bəyan etdiklərinə tamamilə ziddir”, - deyə Zaxarova açıqlamalarından sonra Amerika siyasəti və iki ölkə arasında mümkün təmaslar barədə sualı cavablandırıb.
O, Rusiyanın heç kimlə münasibətlərinə mane olmadığını və ABŞ-la münasibətləri inkişaf etdirməyə hazır olduğunu qeyd edib.
“Uzun illər onları inandırmağa çalışdılar ki, bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlər soyuq və ya isti müharibələrdən daha yaxşıdır. Amma görürsən, orda başqa məntiq hakimdir - öz eksklüzivliyi, diqtəsi, hər kəsə öz fikrini sırımaq məntiqi”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi izah edib.
Bir müddət əvvəl ABŞ prezidentliyinə namizəd Robert Kennedi Rusiya ilə yüksək səviyyəli dialoqa çağırıb. Kiçik Kennedi ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğludur və Demokratlar Partiyasından namizəd olmaq üçün hazırkı ABŞ lideri Co Baydenlə rəqabət aparır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.