İDMAN

Beynəlxalq Şahmat Federasiyası: "Günəşli Bakı Dünya Kubokuna hazırdır"

İyulun 30-da start götürəcək yarışda 80-dən çox ölkədən 206 kişi və 103 qadın şahmatçı mübarizə aparacaq.
Sputnik
BAKI, 29 iyul - Sputnik. Beynəlxalq Şahmat Federasiyası (FIDE) Bakıda keçiriləcək Dünya Kuboku ilə bağlı paylaşım edib.
"Report"un məlumatına görə, postda "Günəşli Bakı Dünya Kubokuna hazırdır" sözləri yazılıb.
Qeyd edək ki, iyulun 30-da start götürəcək yarışda 80-dən çox ölkədən 206 kişi və 103 qadın şahmatçı mübarizə aparacaq. Görüşlər “Bulvar Marriot” otelində oynanılacaq. Yarışlar hər gün saat 15-00-da başlayacaq.