BAKI, 29 iyul - Sputnik. "Azarkeşlərin sayının çox olması sevindirici haldır. Xüsusilə də azyaşlı uşaqların mənə yaxınlaşıb şəkil çəkdirmək istəməsi və ya avtoqraf alması məni məmnun edir".
Azərtac xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokuna həsr olunmuş mətbuat konfransında Azərbaycan şahmatçısı Teymur Rəcəbov deyib.
"Sevinirəm ki, bu qədər çox sevənlərim var", - deyə şahmatçı bildirib.
T.Rəcəbov həmçinin deyib ki, FIDE-nin qərarlarına əsasən, dörd deyil, həftədə yeddi gün iş qrafikinə keçirilir:
"Lakin FIDE tərəfindən son qəbul edilən qaydalara etirazım yoxdur. Onlar məni çox məmnun edir. Ən əsası buradakı dostlarım, tanışlarım və ailəmlə bir yerdə olmaq mənim üçün məmnunedici amil olacaq".
Şahmatçı fikrincə, yəqin ki, turnir ərəfəsində ən çətini bir ay eyni məkanda qalmaq olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.