BAKI, 26 iyul — Sputnik. İyulun 28-dən avqustun 8-dək Çinin Çendu şəhərində XXXI Ümumdünya Yay Universiadası keçiriləcək.
Universiada çərçivəsində ölkəmizi bədii gimnastika yarışlarında Zöhrə Ağamirova və İlona Zeynalova, idman gimnastikası üzrə yarışlarda isə Nikita Simonov və İvan Tixonov təmsil edəcəklər.
Azərbaycanı Çində keçiriləcək XXXI Ümumdünya Yay Universiadasında 16 idman növündə 88 idmançı təmsil edəcək.
Azərbaycan universiadalar tarixində ilk dəfə ən böyük heyətlə təmsil olunacaq.
Qeyd edək ki, XXXl Ümumdünya Yay Universiadasının açılış mərasimi iyulun 28-də keçiriləcək. Açılış mərasimində Azərbaycan bayrağını cüdoçumuz Gültac Məmmədəliyeva və atletimiz Nazim Babayev daşıyacaqlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.